Azərbaycanda ekotruizmə nə mane olur? - SƏBƏBLƏR 

Azərbaycanda ekotruizmə nə mane olur? - SƏBƏBLƏR 

Hazırda oxunan: Azərbaycanda ekotruizmə nə mane olur? - SƏBƏBLƏR 

25811

Azərbaycanda səyahətə çıxmaq istəyənlərə çoxsaylı, müxtəlif qiymətli daxili turlar təklif olunur. Lakin bu turlar heç də hər zaman sifarişçiləri qane etmir. Halbuki bu işin yaxşı təşkil olunması ölkədə turizmin inkişafına böyük töhvə verə bilər. 

Azərbaycan Turizm və Menecment Universitetinin Baş müəllimi, Azərbaycan “Ekoturizm” Assosasiyasının İcraçı direktoru Samir Dübəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, turizm sənayesi genişləndikcə, peşəkarlara ehtiyac da artmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR? 


O, qeyd edib ki, Azərbaycanda şəhər turlarının təşkili ilə bağlı vəziyyəti normal qiymətləndirmək olar, amma ekoturizm sahəsində ciddi boşluqlar var: 

“Azərbaycanın təxminən 5 faiz ərazisi milli parkların ərazisinə düşür.  Milli parklar xüsusi mühafizə olunan ərazilərdir ki, onlarda ekoturizm fəaliyyətlərinə imkan verilir. On milli parkın potensialından istifadə olunur. Bu parklar 120-dək müxtəlif  marşurutlar təkilif edirlər. Amma burada çatışmayan cəhətlər var, bələdçilərimizin sayı məhdduddur. Şəhər turizmində bələdçilərimizin sayı çoxdur, amma təbiətdə işləyən bələdçilərimizin sayında çatışmazlıq var, peşəkarlıq səviyyəsi də aşağıdır. Dağ turizm marşurutları üzrə bir neçə nəfəri çıxmaqla bələdçilərimiz demək olar ki, yoxdur”. 

Samir Dübəndi deyib ki, milli parklarda müxəlif marşurutlar üzə nişanlamalar qurulub, kempinq yerləri, təbii, antropogen abidələr var. Onların müasir dövrə uyğun olaraq mobil tətbiqlərdə, elektron xərtələrdə, onlayn mediada yer almasına ciddi ehtiyac var. 

Turizm mütəxəssisi bildirib ki, ekoturizmin inkişafı heç də həmişə faydalı olmur: 

“Məsələn, hansısa meşənin ərazisinə il ərzində 100 nəfərin gəlməsi ilə 1000 nəfərin gəlməsi arasında böyük fərq var. Təbii ki, daha çox insan daha çox torpaq tapdalayacaq və onların mənfi təsirləri daha çox olacaq, Bu baxımdan ekoturizmdə say məsələsi mütləq tənzimlənməlidir. Əks halda ötən illərdə üzləşdiyimiz durumlar kimi  bu il də meşələrdə, dəniz kənarlarda təbiətə dəyən ziyanlarla üzləşəcəyik. Bu yolla təbii resurslarımızı məhv edə bilmərik”.

Samir Dübəndi qeyd edib ki,  həm Azərbaycan Turizm və Menecment Universiteti, həm də Bakı Turizm Peşə Məktəbi çərçivəsində peşəkarların yetişdirilməsinə çalışılır: 

“Çalışırıq ki, tədris prosesini təkmilləşdirək, tələbələrimizi məzunluğa buraxarkən, onların iş yerləri olsun, turizm sənayyesinə öz töhvələrini versinlər. Düşünürəm ki, peşəkarların yetişdirilməsinə diqqət böyük olmalıdır. Bu təkcə təhsil ocaqları ilə bağlı deyil”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO