Milli Qəhrəman Hökumənin bibisi oğlu qəzada HƏLAK OLDU

Milli Qəhrəman Hökumənin bibisi oğlu qəzada HƏLAK OLDU

Hazırda oxunan: Milli Qəhrəman Hökumənin bibisi oğlu qəzada HƏLAK OLDU

257989

Naxçıvanda məktəb direktoru avtomobil qəzasında həlak olub.

Bizim.Media xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adı verilən Hökumə Əliyevanın bibisi oğludur. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO