Azərbaycan bazarlarının istiqamətini dəyişir - Yeni bazarlarımız hansılardır? 

Azərbaycan bazarlarının istiqamətini dəyişir - Yeni bazarlarımız hansılardır? 

Hazırda oxunan: Azərbaycan bazarlarının istiqamətini dəyişir - Yeni bazarlarımız hansılardır? 

25775

Qeyri-neft sektoru üzrə Azərbaycan məhsullarının ixrac olunduğu əsas ölkələr hansılardır

Bizim.Media İqtisadi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən ixrac tərəfdaşlarımız olan ölkələrin ilk beşliyini təqdim edir.

1. Türkiyə

2. Rusiya

3. İsveçrə

4. Gürcüstan

5. ABŞ

Qeyd edək ki, bu ilin yanvar - aprel aylarında Azərbaycandan Türkiyəyə 216,2 milyon dollarlıq məhsul ixrac edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan malını XARİCƏ SATAN şirkətlər – SİYAHI  


Ötən ilin müvafiq dövründə isə bu rəqəm 122,2 milyon dollar olub. Türkiyəyə ixracımızda ciddi artım olsa da, ikinci yeri tutan Rusiyaya ixrac edilən məhsulların dəyərində elə də böyük artım olmayıb. Görünür, Şimal qonşumuzun tətbiq etdiyi ixrac qadağaları öz rolunu oynayıb.

Belə ki, bu ilin yanvar-aprel aylarında  - Azərbaycandan Rusiyaya 188,5 milyon dollar, ötən ilin müvafiq dövründə isə 186,2 milyon dollarlıq məhsul ixracı baş tutub.

Üçüncü yeri tutan İsveçrəyə bu ilin qeyd olunan dövründə 68,2 milyon dollar, ötən ilin yanvar-aprelində isə 48,5 milyon dollar dəyərində məhsul ixrac edilib.

Azərbaycandan Gürcüstana ixracaatda isə azalma baş verib. Belə ki, 2020-ci ildə 58,8 milyon dollarlıq məhsul ixrac edildiyi halda bu ilin 4 ayında bu rəqəm 53,5 milyon dollara düşüb.

Ölkəmizdən okeanın o tayına – ABŞ-a isə bu ilin ilk rübündə 23 milyon dollar, keçən ilin müvafiq dövründə isə 6,5 milyon dollar dəyərində ixrac baş tutub.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO