Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

Hazırda oxunan: Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

257596

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya televiziya kanallarının yayımının dayandırıla biləcəyini bəyan edib.

Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə açıqlamasında deyib:
 

“Hesab edirəm ki, biz artıq çox ciddi şəkildə Rusiyanın televiziya kanallarının Ermənistanda yayımının dayandırılması məsələsini müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurur”.


O, bu fikri Rusiya televiziyalarında Ermənistanla bağlı yayımlanan mövqelərə münasibət bildirərkən səsləndirib.

Simonyanın sözlərinə görə, əgər dövlət kanalları Ermənistanın daxili işlərinə müdaxilə etməyə cəhd edirsə, Ermənistan da buna cavab verməlidir:

“Əgər dövlət televiziyaları özlərinə Ermənistanın daxili işlərinə qarışmaq hüququ tanıyırsa, biz də buna cavab verməliyik və ən azı bu kanalların bizim evlərimizə girişini bağlamalıyıq”.

Bu açıqlama Ermənistanda rusiyapərəst informasiya məkanının məhdudlaşdırılması ilə bağlı cəmiyyətdə və hökumət dairələrində gedən müzakirələrin davamı kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO