Qarabağda daxili siyasi gərginlik artır - Arutyunyan əhalini mitinqə çağırdı 

Qarabağda daxili siyasi gərginlik artır - Arutyunyan əhalini mitinqə çağırdı 

Hazırda oxunan: Qarabağda daxili siyasi gərginlik artır - Arutyunyan əhalini mitinqə çağırdı 

25749

Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan əsas problemləri müzakirə etmək üçün çərşənbə axşamı günü Xankəndinin mərkəzində mitinq keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində paylaşım edib. 

"Son günlərdə Qarabağda yaranan daxili siyasi gərginliyi və son aylarda yığılan sualları nəzərə alaraq bu gün Xankəndindəki İntibah Meydanında insanlara müraciət edəcəyəm", deyə Arutyunyan qeyd edib. 

O, Xankəndində müvəqqəti məskulaşan erməniləri mitinqdə iştirak etməyə dəvət edib və bildirib ki, çıxışına saat 18: 00-da başlayacaq. 

Arutyunyan əsas problemlər və onların həlli yolları - müharibədən hazırkı təhlükəsizlik və sosial-iqtisadi vəziyyətədək, Ermənistan Respublikasının hakimiyyəti ilə münasibətlərdən daxili siyasi proseslərə qədər – hər şey haqda açıq danışmaq niyyətindədir. 

Arayik Arutyunyan təəssüflə dilə gətirib ki, bu çətin vəziyyətdə bir çox insan sağlam düşüncələrini itirirlər və bunun ciddiliyini, Dağlıq Qarabağın gələcəyinə təsir etdiyini başa düşmürlər.  

"Bəzi insanların şəxsən mənə münasibətindən asılı olmayaraq, bu çətin vəziyyətdə Qarabağdakı bütün ermənilər üçün məsuliyyət daşıyıram", deyə  o vurğulayıb. 
Xatırladaq ki, dünən Xankəndində Arutyunyanın istefası tələbi ilə mitinq keçirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO