Toy keçirənlər üçün portal iyunun 26-dan aktivləşdiriləcək

Toy keçirənlər üçün portal iyunun 26-dan aktivləşdiriləcək

Hazırda oxunan: Toy keçirənlər üçün portal iyunun 26-dan aktivləşdiriləcək

25739

İyulun 1-dən Azərbaycanda şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla portal iyunun 26-dan etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Toylara bu qurumlar nəzarət edəcək


Məlumata görə, keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir.

Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO