Lamin Yamal dünyanın ən yaxşı futbolçusu seçildi

Lamin Yamal dünyanın ən yaxşı futbolçusu seçildi

Hazırda oxunan: Lamin Yamal dünyanın ən yaxşı futbolçusu seçildi

257348

Nüfuzlu “GiveMeSport” nəşri dünyanın ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 25 futbolçunun daxil olduğu siyahıya İspaniyanın “Barselona” komandasında çıxış edən Lamin Yamal başçılıq edir.
 

Fransanın PSJ klubunun hücumçusu Usman Dembele ikinci, İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Məhəmməd Salah isə üçüncü olub.


İlk “onluq”da, həmçinin Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem (hamısı “Real Madrid”, İspaniya), Rafinya, Robert Levandovski, Pedri (hamısı “Barselona”) və Harri Keyn (“Bavariya”, Almaniya) yer alıblar.

Gürcüstan millisinin və PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya isə reytinqin 24-cü pilləsində qərarlaşıb.

Siyahı tərtib olunarkən futbolçuların stabil çıxışı və geniş ictimaiyyət tərəfindən tanınmaları nəzərə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO