Azərbaycanda 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

Azərbaycanda 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

Hazırda oxunan: Azərbaycanda 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

257347

Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir:
 

"Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır, məktəblərdə təlimlər keçilir. 


Həmçinin qatarların kamerasına düşən görüntülər əsasında daş atan şəxslər müəyyən edilərək qanunvericilik əsasında cərimələnirlər", - deyə qurumun məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO