İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

Hazırda oxunan: İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

257016

12 gün davam edən İsrail-İran müharibəsi zamanı İranın 30-dan çox yüksək rütbəli təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürülüb.

Bizim.Media "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli İsrail rəsmisi bildirib.

“İsrailin 13 iyun tarixində gözlənilməz zərbəsi İranın hava müdafiəsini ciddi şəkildə zədələdi və münaqişənin ilk kritik saatlarında cavab vermək qabiliyyətini zəiflətdi”, - rəsmi şəxs iddia edib.

Məlumata görə, İsrail Hava Qüvvələri 900-dən çox hədəfə zərbə endirib və İranın raket istehsalına ciddi ziyan vurub.

İranın nüvə layihəsinə böyük zərbə dəydi: rejimin uranı 90 faizə qədər zənginləşdirmək qabiliyyəti uzun müddət üçün neytrallaşdırıldı. Onun hazırda nüvə silahı nüvəsi istehsal etmək qabiliyyəti neytrallaşdırılıb", - İsrail rəsmisi bildirib.

Qeyd edək ki, İran tərəfinin rəsmi məlumatına görə, İsrailin hücumları nəticəsində 627 nəfər ölüb. İsrail tərəfi isə İranın hücumları nəticəsində 28 nəfərin öldüyünü açıqlayıb. (Teleqraf)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO