Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində mümkün diplomatik irəliləyişlə bağlı mühüm açıqlama verib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən danışıb.
Türkiyə lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarında iştirak edəcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır.
"Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək" - deyə Ərdoğan qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:15 / 26.06.2025
Ərdoğan: “Putin Türkiyəyə gəlsə, Tramp da gələcək”
Hazırda oxunan: Ərdoğan: “Putin Türkiyəyə gəlsə, Tramp da gələcək”
Hazırda oxunan: Ərdoğan: “Putin Türkiyəyə gəlsə, Tramp da gələcək”
256764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.