Azərbaycanda 5 nəfər 60 kiloqram narkotiklə tutuldu - ANBAAN VİDEO

Azərbaycanda 5 nəfər 60 kiloqram narkotiklə tutuldu - ANBAAN VİDEO

Hazırda oxunan: Azərbaycanda 5 nəfər 60 kiloqram narkotiklə tutuldu - ANBAAN VİDEO

256756

Azərbaycan ərazisində beş nəfər 60 kiloqram narkotiklə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimovanı, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifovu, 37 yaşlı Babək Talıbovu, 29 yaşlı Eyvaz Məmmədovu və 43 yaşlı Çingiz İsmayılovu saxlayıblar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.
 

Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.


Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO