Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

Hazırda oxunan: Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

256739

FIFA klublararası dünya çempionatında "İnter"in 2:0 hesabı ilə "River Pleyt"ə qalib gəldiyi matçda oyunçular arasında dava düşüb.

Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, matçın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə Qonsalo Montiel qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin hadisələr bununla bitməyib. Final fitinin çalınması ilə meydanda xaos yaranıb. "River Pleyt"in oyunçusu Markos Akuna hirsini cilovlaya bilməyərək, "İnter"in futbolçusu Denzel Dumfrisin üzərinə hücum çəkib. Həmçinin tribunalardan Dumfrisə doğru yad əşyalar atılıb. Təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə etməli, Akunanın qarşısını almağa çalışıblar.

FIFA-nın hadisə ilə bağlı intizam araşdırması başladacağı gözlənilir. Xüsusilə də Akunanın davranışı və azarkeşlərin meydançaya yad əşyalar atması "River Pleyt" üçün ciddi cəzalarla nəticələnə bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO