Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

Hazırda oxunan: Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

256609

Beyləqan rayonuna yeni prokuror təyin edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.


Qeyd edək ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Elşad Əzimov əvvəllər İmişli Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru və böyük prokuror-metodisti və Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO