Prezidentin təltif etdiyi Zaur Rüstəmovu Səlçuk Bayraktarla nə BAĞLAYIR? – FOTO

Prezidentin təltif etdiyi Zaur Rüstəmovu Səlçuk Bayraktarla nə BAĞLAYIR? – FOTO

Hazırda oxunan: Prezidentin təltif etdiyi Zaur Rüstəmovu Səlçuk Bayraktarla nə BAĞLAYIR? – FOTO

256560

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Rüstəmov Zaur Zeynalabdul oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bizim.Media Zaur Rüstəmovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev bu şəxsləri təltif etdi –SİYAHI


Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.


Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə davam edib. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılıb. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik edib.

Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı Zaur Rüstəmov müşayiət edib.

25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova General-mayor ali hərbi rütbəsi verilib.

7 noyabr 2024-cü ildə o, Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub.

İngilis,rus dillərini bilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO