Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Hazırda oxunan: Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

256505

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.
 

Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.


“Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur” - məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO