"Neftçi"nin maraq dairəsində olan növbəti futbolçunun kimliyi üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bakılılar Nikola Stevanoviçlə danışıqlara başlayıb.
"Ağ-qaralar" Serbiya yığmasının müdafiəçisinə 2 illik müqavilə təklif edib. 26 yaşlı arxa xətt oyunçusu hazırda "Otelul"un formasını geyinir. 1.90 m boya malik balkanlı ötən ilin yayından bəri Rumıniyada çıxış edir.
O, daha öncə ölkəsində "Radniçki" və "Dinamo Vranje"nin şərəfini qoruyub.
2022-ci ildə Almaniyaya yollanaraq, "İnqolştadt"ın uğurları üçün çalışıb. 1 il sonra isə vətənə dönərək, "Napredak"la müqavilə imzalayıb.
Qeyd edək ki, "Neftçi" bu yay hələlik 1 transfer edib. Paytaxt təmsilçisi "Apolon"dan (Kipr) Benin yığmasının yarımmüdafiəçisi Sessi D’Almeydanı düşərgəyə cəlb edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:55 / 24.06.2025
“Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ
Hazırda oxunan: “Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ
Hazırda oxunan: “Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ
256399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.