“Bu ildən etibarən bölgələrdə lisey və gimnaziyalar yaradılacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
"Fizika-riyaziyyat təmayüllü olan məktəblər özünü doğruldur. Düşünürəm ki, biraz da dərinə getməliyik. Biz öz istedadlı gənclərimizi sadəcə olaraq ali məktəblərə qəbul üçün sərhədləndirməməliyik. Onlar yaxşı mənada daha çox yükün altına girməyə qadirdirlər. 10 ildir edilən ən böyük dəyişikliklərdən biri də fənn olimpiadalarının keçirilməsi ilə bağlıdır".
Nazir ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib:
"Bu hərəkatı genişləndirməli, qarşıdakı illərdə əməkdaşlığı artırmalıyıq. Bu prosesin davamlı olacağına inanırıq”.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:24 / 24.06.2025
Emin Əmrullayev: “Bölgələrdə lisey və gimnaziyalar yaradılacaq”
Hazırda oxunan: Emin Əmrullayev: “Bölgələrdə lisey və gimnaziyalar yaradılacaq”
Hazırda oxunan: Emin Əmrullayev: “Bölgələrdə lisey və gimnaziyalar yaradılacaq”
256371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.