Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Hazırda oxunan: Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

256252

Ölkənin bəzi bölgələrində son günlər şəkər tozu qıtlığı yaşanır. Tovuz və qonşu rayonların kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır.

Cəmi bir marketdə şəkər tozu yalnız 50 kq-lıq kisələrdə satılır. Bu da alıcıların büdcələrinə uyğun gəlmir. Satıcılar da şəkər tozunun nə vaxt gələcəyindən xəbərsizdirlər. Onların sözlərinə görə, hər üç müştəridən ikisi şəkər tozu istəyir. Şirkətlər isə mağazalara  yaxın günlərdə şəkər tozunun gələcəyini bildiriblər. Məhsulun qiymətində isə hələki artım müşahidə olunmayıb.

Səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qıtlıq ölkə üzrə yox, bəzi böıgələrdədir:
 

“Ona görə də ümumi qıtlığın yaranmasından danışmaq tezdir. Bu qıtlıq daha çox mövsümlə bağlıdır. Bildiyimiz kimi, yay aylarında ənənəvi olaraq şəkər istehlakı artır. Bu da onunla bağlıdır ki, insanlar fərdi qaydada qış tədarükü görür, mürəbbə, kompot və diğər məhsullar hazırlayırlar.


Artan tələbatsa bəzi hallarda qıtlıq yaradır. Ona görə də bəzi bölgələrdəki qıtlığı daha çox bununla əsaslandırmaq olar. Bu vəziyyyət yaxın bir-iki ayda davam edə bilər. Əgər sonrakı aylarda da bu qıtlıq davam edərsə, o zaman məsələyə başqa rakursdan yanaşmaq olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO