Tibb müəssisələrində psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə (psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla) qeydiyyatda olan xəstələrin sayı 117,7 min nəfərdir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən il, 2024-cü ilin sonuna olan məlumatdır.
Qeyd edək ki, 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin ümumi sayı 113 min 216 nəfər olub.
Xatırladaq ki, hazırda ölkəmizdə 10 Psixiatrik xəstəxana mövcuddur. Bunlardan ikisi Bakıda yerləşir. Onlardan əlavə, 3 psixiatrik Mərkəz və 3 dispanser də fəaliyyət göstərir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 24.06.2025
Azərbaycanda psixi xəstələrin sayı ARTDI – Qorxunc STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda psixi xəstələrin sayı ARTDI – Qorxunc STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda psixi xəstələrin sayı ARTDI – Qorxunc STATİSTİKA
256247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.