Ətin qiyməti ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – “Yaxın iki ayda...”

Ətin qiyməti ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – “Yaxın iki ayda...”

Hazırda oxunan: Ətin qiyməti ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – “Yaxın iki ayda...”

256152

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib.

Bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Dondurulmuş ət daha FAYDALIDIR?


Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Bəs, bu azalmanın səbəbi nədir?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, havalar isindikcə ət istehlakı azalır:

“Artıq bu sınanılmış bir ənənədir. Bu il də istisna deyil. Üstəlik nəzərə alaq ki, iyunun 26-da Məhərrəmlik ayı başlayır. Bu ayda toylar və el şənlikləri olmadığı üçün ətə tələbat xeyli azalır.

Ən azı yaxın 2 ayda ətin qiyməti bir qədər aşağı düşəcək. Bu həm Məhərrəmlik ayı, həm də isti havalarla bağlıdır. Payız aylarında isə qiymətlərdə artım müşahidə oluna bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO