İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb - "Reuters”

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb - "Reuters”

Hazırda oxunan: İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb - "Reuters”

256037

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
 

Məlumata görə, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında (Tehrandan 150 km cənubda) 80-90 m dərinlikdə yerləşən uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.


Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO