Azərbaycan və Özbəkistan XİN başçıları regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ ETDİLƏR

Azərbaycan və Özbəkistan XİN başçıları regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ ETDİLƏR

Hazırda oxunan: Azərbaycan və Özbəkistan XİN başçıları regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ ETDİLƏR

255938

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və sair aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 

Danışıq zamanı BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.


Regionda baş verən son hadisələrə toxunan nazirlər, Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğunu diqqətə çatdırıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO