Prezidentin təltif etdiyi Rauf Səlimov KİMDİR? – DOSYE

Prezidentin təltif etdiyi Rauf Səlimov KİMDİR? – DOSYE

Hazırda oxunan: Prezidentin təltif etdiyi Rauf Səlimov KİMDİR? – DOSYE

255929

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən Səlimov Rauf Ağaməmməd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rauf Səlimov kimdir?

Rauf Səlimov 1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. İqtisad elmləri namizədidir.
 

O, 1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləyib.



Rauf Səlimov Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 5 mart tarixli sərancamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Evlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO