Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.
Bizim.Media-ya DİN Mətbuat xidmətindən verilən məlumata görə, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.
Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:09 / 21.06.2021
Sevdiyi qızı məzun gecəsi bıçaqladı - Sabirabadda dəhşətli hadisə
Hazırda oxunan: Sevdiyi qızı məzun gecəsi bıçaqladı - Sabirabadda dəhşətli hadisə
Hazırda oxunan: Sevdiyi qızı məzun gecəsi bıçaqladı - Sabirabadda dəhşətli hadisə
25586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.