Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

Hazırda oxunan: Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

255806

Rusiya Federasiyası Prezidenti Vladimir Putin bildirib ki, Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.

Rusiya lideri qeyd edib ki, hazırda çoxsaylı münaqişə potensialı mövcuddur - bu həm Ukrayna böhranına, həm də Yaxın Şərqdəki vəziyyətə aiddir.

Putin vurğulayıb ki, bütün istiqamətlər üzrə münaqişələrə sülh yolu ilə həll yolları axtarmaq vacibdir:

"NATO-nun şərqə doğru beş genişlənmə dalğası oldu, baxmayaraq ki, biz daim bunun qarşısını almağa çağırırdıq.

Yaxın Şərqdəki vəziyyətə gəlincə, Rusiya həm İsrail, həm də İranla təmasdadır, bəzi təkliflərimiz var.İran və İsrail üçün qənaətbəxş həll yolları tapmaq mümkündür”.

Onun sözlərinə görə, bəzi ölkələrin təhlükəsizliyi başqa ölkələrin hesabına təmin olunmamalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO