Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Hazırda oxunan: Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

255804

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışı keçirilir.

Bizim.Media xəbər verir ki, 16 ölkənin qatıldığı mundialda Azərbaycan millisi artıq çıxışını yekunlaşdırıb.

Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yığmamızın heyətində Zelim Kotsoyev (+90 kq) qalib gəldiyi halda, Elcan Hacıyev (90 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) məğlub olublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 3 bürünc medal qazanıblar. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Yığmamız isə komanda hesabında 14-cü olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO