"Mən artıq demişəm ki, ruslar və ukraynalılar bir millətdir. Bu mənada bütün Ukrayna ərazisi bizimdir".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq
Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
Putin bildirib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb:
“Ukraynanın müstəqilliyi və suverenliyi, onun neytral və bloklara qoşulmayan dövlət olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır. Biz səkkiz il ərzində “DXR” və “LXR”in müstəqilliyini tanımadıq, sadəcə razılıq əldə etməyə çalışdıq.
Ukraynada baş verənlər bizim fəaliyyətimizin nəticəsi deyil, dünyada baş verən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin işidir”.
Rusiya lideri qeyd edib ki, 2022-ci ildə İstanbul danışıqlarından sonra Zelenski ilə görüşməyə hazır idi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:34 / 20.06.2025
Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO
Hazırda oxunan: Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO
Hazırda oxunan: Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO
255802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.