Dünya İB məktəbinin şagirdi Eyyub Əli beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

Dünya İB məktəbinin şagirdi Eyyub Əli beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

Hazırda oxunan: Dünya İB məktəbinin şagirdi Eyyub Əli beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

255778

Dünya İB məktəbinin 4-cü sinif şagirdi Eyyub Əli, beynəlxalq səviyyəli olimpiadada ölkəmizi uğurla təmsil edib.

Bu barədə Bizim.Media-ya Dünya İB məktəbindən məlumat verilib.
 

Belə ki, Eyyub Əli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Intelligence Students Olympiad” (FISO) müsabiqəsində ingilis dili fənni üzrə qızıl medal qazanaraq böyük nailiyyətə imza atıb.


“Bu uğur gənc istedadların dünya miqyasında tanınmasında Azərbaycan təhsilinin artan rolunu bir daha nümayiş etdirir. Dünya İB məktəbi olaraq Eyyubu təbrik edir və gələcəkdə də uğurlarının davamlı olmasını arzulayırıq”, - deyə məlumatda bildirilib.























Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO