"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

Hazırda oxunan: "Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

255739

İldə 12 milyon ədəd istehsal gücü ilə Türkiyədə tekstil sektorunun əhəmiyyətli şirkətləri arasında göstərilən "YFA Tekstil" iflas edib.

Bizim.Media xəbər verir ki, 34 ildir fəaliyyət göstərən şirkətin 700-ə yaxın işçisi var idi. Türk mediasının yazdığına görə, Bakırköy 1-ci İcra və İflas Müdirliyi, 15 iyun 2025-ci il tarixli qərarı ilə "YFA Tekstil" şirkətinin müflis olduğuna qərar verib.
 

Dünyanın bir çox ölkəsinə trikotaj məmulatları ixrac edən şirkətin ümumi sahəsi 30 min kvadratmetr olan obyekti var.


Ayda 1 milyon ədəddən çox istehsal gücünə malik olan köklü şirkətin iflası çətin günlər yaşayan tekstil sektorunda narahatlığı artırıb.

Digər tekstil şirkətləri isə bu halın heç də xoş olmadığını, onlarıda belə bir gələcəyin gözlədiyini deyib.

Sözügedən tekstil şirkəti "Zara", "Mango", "Pull&Bear", "Oysho", "Guess", "Fila", "s.Oliver", "LPP" kimi qlobal brendlər üçün istehsal edirdi. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO