Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifadə olunmalıdır.
Çiy halda yeyilməsi tövsiyə olunmayan tərəvəzlər bunlardır:
Kartof - Tərkibindəki "solanin" maddəsi çiy halda zəhərlənməyə səbəb ola bilər.
Badımcan - Solanin baxımından zəngin olan bu tərəvəz də çiy halda zərərlidir.
Lobya (xüsusilə qırmızı lobya) - "Lektin" adlı toksik maddə ürəkbulanma və ishala səbəb ola bilər.
Göbələk - Xüsusilə meşə göbələkləri çiy halda təhlükəlidir.
Rəvənd - Oksalat turşusu səbəbindən böyrəklərə zərər verə bilər.
Brokkoli, gül kələmi və gavalı kələm - Çiy yeyildikdə qaz və şişkinlik yarada bilər.
Mütəxəssislər tövsiyə edir ki, bu tərəvəzlər düzgün bişirildikdə həm daha təhlükəsiz, həm də faydalı olur. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:15 / 20.06.2025
Bu tərəvəzləri çiy yemək olmaz
Hazırda oxunan: Bu tərəvəzləri çiy yemək olmaz
Hazırda oxunan: Bu tərəvəzləri çiy yemək olmaz
255718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.