Zaqatalada biçilmiş taxıl sahəsində yanğın olub.
Bizim.Media xəbər verir ki, rayonun Aşağı Çardaqlar kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus taxıl sahələrində yanğın baş verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə böyük yanğın - Sakinlər təxliyə edildi
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın zamanı 9 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Yanğının genişlənərək bitişik biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Fakt bağlı araşdırma aparılır.
Bizim.Media