IX sinif şagirdlərinin NƏZƏRİNƏ - Attestatlar bu tarixdə VERİLƏCƏK

IX sinif şagirdlərinin NƏZƏRİNƏ - Attestatlar bu tarixdə VERİLƏCƏK

Hazırda oxunan: IX sinif şagirdlərinin NƏZƏRİNƏ - Attestatlar bu tarixdə VERİLƏCƏK

255139

IX sinfi bitirən şagirdlərə attestatlar 23-28 iyun 2025-ci il tarixlərində veriləcək.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Mənbə qeyd edib ki, hazırda isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə XI sinfi bitirən məzunlara attestatlar verilir.
 

Həmin attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.


2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO