Elçin Məsiyev Avropa çempionatının oyununa TƏYİNAT ALDI

Elçin Məsiyev Avropa çempionatının oyununa TƏYİNAT ALDI

Hazırda oxunan: Elçin Məsiyev Avropa çempionatının oyununa TƏYİNAT ALDI

255064

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Slovakiyanın Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO