Əfəndidən ETİRAF: “Aşiqəm, qarşılıqlı sevgidir” - VİDEO

Əfəndidən ETİRAF: “Aşiqəm, qarşılıqlı sevgidir” - VİDEO

Hazırda oxunan: Əfəndidən ETİRAF: “Aşiqəm, qarşılıqlı sevgidir” - VİDEO

255012

Avroviziya təmsilçimiz Samirə Əfəndi sevgi həyatından danışıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi “Pərvizə görə”də açıqlama verib.

Samirə deyib ki, gənclik illərində evlilik yolunda irəliləyən münasibəti olub, lakin alınmayıb:

“Çox gənc yaşda olub, yaxşı ki, alınmayıb. Evdəkilər fikrimdən döndəriblər. Amma indi aşiqəm. Əlbəttə, qarşılıqlıdır. Qadınlar gözəl, xoşbəxt olmağa layiqdirlər. Hamısı öz işində, həyatında, ailəsində çox xoşbəxt olsunlar. Özümü güclü qadın kimi hiss edirəm, güclüyəm. Hər qadının da özəlliyi onun zərif görünüb, güclü olmağındadır. Mən həm xoşbəxt, həm güclüyəm”.

Samirə həmçinin gələcəkdə necə ana olacağından da söz açıb:

“Özümü rəngli, çılğın, dəli bir ana kimi görürəm. Hansısa yaşıma qədər bilmədiyim şeylərin övladımda olmasını istərdim. İndi onları dərk edirəm, amma istərdim ki, gənclik illərində çox inanmasın, etibar etməsin, hər şeyi çəhrayı eynəklə görməsin. Bilirəm ki, məndən olan uşaq çox ağıllı olacaq”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO