FAKTİKİ HAVA: Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir - VİDEO

FAKTİKİ HAVA: Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir - VİDEO

Hazırda oxunan: FAKTİKİ HAVA: Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir - VİDEO

254791

Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 santimetr, Katexçayda 24, Qudiyalçayda 4, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16, Zəyəmçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Oxçuçay və Bərgüşadçayda 2 santimetr artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 132 kubmetr/saniyə olmaqla normanın 78 faizini təşkil edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO