Pekin İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri “təhlükəli akt” ADLANDIRDI

Pekin İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri “təhlükəli akt” ADLANDIRDI

Hazırda oxunan: Pekin İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri “təhlükəli akt” ADLANDIRDI

254746

İran və Çin XİN rəhbərləri Abbas Əraqçi və Van İ arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, Van İ Pekinin prinsipial mövqeyini vurğulayaraq, İsrailin İran İslam Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozmasını qınadığını bildirib.

O həmçinin qeyd edib ki, İsrailin İranın nüvə obyektlərinə hücumları “bütün beynəlxalq normaları pozan təhlükəli bir hərəkətdir”.

Əraqçi isə öz növbəsində MAQATE-nin İdarəçilər Şurasının anti-İran qətnaməsini bir daha pisləyib və Çin tərəfinə sənədin əleyhinə səs verdiyinə görə təşəkkürünü bildirib.

Van İ həmçinin İsrailin xarici işlər naziri Saarla da danışıb. Saar İrana qarşı əməliyyatın səbəbini izah edib və İranın İsraili “məhv etmək” planlarından danışıb. Çinli nazir isə cavabında Pekinin mövqeyini təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO