Şimal-qərb bölgəsində 5800 məzun üçün “Son Zəng” ÇALINDI - FOTO

Şimal-qərb bölgəsində 5800 məzun üçün “Son Zəng” ÇALINDI - FOTO

Hazırda oxunan: Şimal-qərb bölgəsində 5800 məzun üçün “Son Zəng” ÇALINDI - FOTO

254712

Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Son Zəng” tədbirləri keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 5800 nəfər XI sinif şagirdi bitirir.

Eyni zamanda, 2024–2025-ci tədris ilində bu müəssisələrin I siniflərini 6886, IX siniflərini isə 8058 nəfər şagird başa vurub.
 

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov iştirak edib. Qax rayonunun Zakir Müslümov adına Qum kənd tam orta məktəbində keçirilən tədbirdə isə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir İlqar Bayramlı və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova iştirak ediblər.


Tədbirlərdə həmçinin yerli təhsil sektorlarının rəhbərləri, idarə əməkdaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar qatılıb. Çıxış edənlər məzunları təbrik edib, onlara yeni həyat yollarında uğurlar arzulayıb, təhsil sahəsində qazanılmış uğurlardan, təhsilə göstərilən dövlət qayğısından söhbət açıblar.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO