İran ABŞ-la danışıqlardan əvvəl İsrailin hücumunu gözləmirdi - KİV

İran ABŞ-la danışıqlardan əvvəl İsrailin hücumunu gözləmirdi - KİV

Hazırda oxunan: İran ABŞ-la danışıqlardan əvvəl İsrailin hücumunu gözləmirdi - KİV

254658

İran, İsrailin Tehranın və Vaşinqtonun nüvə proqramı üzrə danışıqlarından əvvəl hücumlara başlayacağını gözləmirdi.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazır.

Mənbələrin sözlərinə görə, İranda hesab edirdilər ki, İsrailin bu məsələdəki fəaliyyəti əsasən təbliğat xarakteri daşıyır və məqsədi Tehranı nüvə proqramında güzəştlərə məcbur etmək idi.
 

Nəşrin yazdığına görə, bu cür "özündənrazı" yanaşma İran tərəfinin təhlükəsizlik tədbirlərinə əməl etməməsinə gətirib çıxardı.


Üstəlik, İsrail Müdafiə Qüvvələrinin (CAXAL) İrana endirdiyi zərbə zamanı İran İslam Respublikası hərbi komandanlığının nümayəndələri sığınacaqlarda deyildilər, öz evlərində idilər.

Bundan əvvəl Tehranın beynəlxalq əlaqələr üzrə vitse-meri Həmidrza Qulamzadə RT-yə bildirmişdi ki, İsrail və ABŞ İranla nüvə sazişi üzrə danışıqların davamı imkanını məhv ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO