Netanyahu: "İran xalqı, mən sizinləyəm" - VİDEO

Netanyahu: "İran xalqı, mən sizinləyəm" - VİDEO

Hazırda oxunan: Netanyahu: "İran xalqı, mən sizinləyəm" - VİDEO

254636

İsrailin Baş naziri Benyamin Netanyahu iranlıları rejimi devirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu İran xalqına videomüraciətində bildirib.

"Biz tarixdəki ən böyük əməliyyatlardan birinin — "Yüksələn aslan" əməliyyatının mərkəzindəyik. 24 saat ərzində İsrail Sepah komandanlığını, əsas nüvə alimlərini, uranın zənginləşdirilməsi ilə bağlı ən böyük obyektlərdən birini və İranın raket potensialının əhəmiyyətli hissəsini məhv edib.

Ayətollah rejimi heç vaxt bu qədər zəif olmamışdı. Bu, sizin fürsətinizdir. Ayağa qalxın. Biz sizinlə — İranın cəsur və qürurlu insanları ilə müharibə aparmırıq. Biz rejimlə mübarizə aparırıq.

Mən sizinləyəm. İsrail xalqı sizinlədir”, - İsrailli nazir deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO