“Qarabağ” dünya reytinqində GERİLƏDİ

“Qarabağ” dünya reytinqində GERİLƏDİ

Hazırda oxunan: “Qarabağ” dünya reytinqində GERİLƏDİ

254538

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) may ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Misli Premyer Liqasının dörd təmsilçisi yer alıb: "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan".

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” “Dinamo” (Kiyev) kimi 144,75 xalla 114-cü yerdən 119-cu yerə enib.

"Zirə" də Əlcəzairin "Konstantin" (hər ikisi - 95,75) ilə bölüşdüyü 232-ci yerdən 233-cü yerə enərək, əvvəlki mövqeyini itirib.
 

“Sabah” öz növbəsində böyük sıçrayış edib. 367-ci yerdən 317-ci yerə yüksələrək, onu Belçikanın “Mexelen” və “Vesterlo” (hamısı – 76) ilə bölüşüb. Polşanın "Rakov" və Slovakiyanın "Spartak" (hamısı - 61,25) klubları ilə bölüşdüyü "Araz-Naxçıvan" da 454-cü yerdən 446-cı yerə yüksələrək irəliləyib. 


Qeyd edək ki, birinci pillədə “Real”(Madrid) yer alıb. Onlar “Barselona” və “İnter”i qabaqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO