Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən:
Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib
Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 13.06.2025
“AZAL”ın bu istiqamətlərə reysləri LƏĞV OLUNDU – SİYAHI
Hazırda oxunan: “AZAL”ın bu istiqamətlərə reysləri LƏĞV OLUNDU – SİYAHI
Hazırda oxunan: “AZAL”ın bu istiqamətlərə reysləri LƏĞV OLUNDU – SİYAHI
254456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.