Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

254447

Brüsseldə enerji səmərəliliyi üzrə beynəlxalq tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla görüşüb.

Bizim.Media Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Fatih Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu, bu xüsusda əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Söhbət zamanı agentliklə COP29-un təşəbbüslərinin təşviqi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb. Enerji təşəbbüslərinin icra vəziyyətinin izlənilməsi və irəliləyişlərin agentliyin müvafiq hesabatlarında əks etdirilməsi, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb. Həmçinin qlobal enerji bazarında mövcud tendensiyalar və proqnozlara dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO