"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Klublararası dünya çempionatında çıxış edəcək. Futbolçu komandanın turnir üçün iştirak ərizəsinə daxil edilib.
Bizim.Media xəbər verir ki, siyahı klubun rəsmi saytında dərc olunub.
Serxio Buskets və Luis Suares də dünya çempionatında çıxış edəcəklər.
Qeyd edək ki, turnir iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
"İnter Mayami"nin ilk oyunu iyunun 15-də Misirin "Əl-Əhli" komandasına qarşı olacaq. Komanda, həmçinin "Portu" və "Palmeyras"la qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:00 / 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
Hazırda oxunan: Messi Klublararası dünya çempionatında iştirak edəcək?
Hazırda oxunan: Messi Klublararası dünya çempionatında iştirak edəcək?
254330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.