Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı

Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı

Hazırda oxunan: Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı

254312

Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Ağ saray" restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda toyda dava olub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N.Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü bildirib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO