ABŞ dövlət katibi rusları təbrik etdi

ABŞ dövlət katibi rusları təbrik etdi

Hazırda oxunan: ABŞ dövlət katibi rusları təbrik etdi

254272

ABŞ dövlət katibi Marko Rubio Amerika xalqı adından Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib və Vaşinqtonun Moskva ilə konstruktiv münasibətlər qurmaq istədiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, təbrik ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.

“Amerika xalqı adından Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edirəm. Biz bu fürsətdən istifadə edərək Birləşmiş Ştatların Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlıq etmək niyyətini bir daha təsdiqləmək istəyirik. Məqsədimiz Rusiya ilə Ukrayna arasında davamlı sülhün təmin olunmasıdır”, – deyə ABŞ dövlət katibinin təbrikində qeyd olunur.

Rubio, həmçinin, Ukraynadakı münaqişənin tənzimlənməsinin gələcəkdə Vaşinqtonla Moskva arasında qarşılıqlı faydalı münasibətlərə yol açacağına ümid etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO