Ermənistandan Rusiya hərbi bazası nə vaxt çıxarılacaq? – Zaxarova açıqladı

Ermənistandan Rusiya hərbi bazası nə vaxt çıxarılacaq? – Zaxarova açıqladı

Hazırda oxunan: Ermənistandan Rusiya hərbi bazası nə vaxt çıxarılacaq? – Zaxarova açıqladı

254182

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistandan ölkə ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir siqnal daxil olmayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə danışıb.

“Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, İrəvandan onun çıxarılması ilə bağlı bizə heç bir siqnal daxil olmayıb. Ermənistan rəsmiləri açıq şəkildə bildirirlər ki, bu cür məsələlər gündəlikdə yoxdur”, – deyə diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, İrəvan Rusiyanın hərbi mövcudluğunu regionda, eləcə də Ermənistanda və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının vacib elementi kimi qəbul edir.

“Bazanın yerləşdirilməsi və fəaliyyəti Ermənistanla Rusiya arasında imzalanmış müvafiq ikitərəfli sənədlərlə tənzimlənir”, – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO