Özbəkistan Xarici İşlər Nazirliyində Rusiyanın ölkədəki səfiri ilə siyasi məsləhətləşmələr keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə Rusiyada özbək miqrantlara qarşı əsassız yoxlamalar və kobud rəftarla bağlı xəbərlərin narahatlıq doğurduğu ifadə edilib.
Özbəkistan belə hərəkətlərin ölkələr arasında tərəfdaşlıq ruhuna zidd olduğunu vurğulayıb və Moskvanı insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırıb.
Moskvada baş verən insidentlərlə əlaqədar Özbəkistanın Səfirliyi Rusiya XİN-ə rəsmi nota göndərərək hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı izahat və hüquqi qiymətləndirmə tələb edib.
Özbəkistan XİN-i vəziyyəti nəzarətdə saxlayacağını və zərurət yaranarsa, əlavə tədbirlər görəcəyini bəyan edib.
Bizim.Media