Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:27 / 10.06.2025
Dənizkənarı Milli Parkın ərazisində sudan meyit çıxarıldı
Hazırda oxunan: Dənizkənarı Milli Parkın ərazisində sudan meyit çıxarıldı
Hazırda oxunan: Dənizkənarı Milli Parkın ərazisində sudan meyit çıxarıldı
253882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.