Türk klassik musiqisinin tanınmış simalarından olan Bülent Ersoy sərvəti ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin onun sərvəti ilə bağlı sualına “Vallah, unutmuşam, nəyim var-nəyim yox”, deyə cavab verib.
Qeyd edək ki, ötən il müğənni Fərdi Tayfurun vəfatı ilə ortaya çıxan ağlasığmaz sərvətdən sonra 2025-ci ildə bir çox məşhurun mirası müzakirələrə səbəb olub.
“Diva” ləqəbli sənətçinin var-dövlətini “Axşam” qəzeti ortaya çıxararaq sıralayıb:
İstanbulda 28 mənzil və 4 ultra lüks villa,
Bodrum, Antalya və Marmarisdə villalar,
İstanbulda sauna,
Antalya Fethiye yanacaqdoldurma məntəqəsi,
30 metrlik lüks yaxta.
Bundan başqa, müğənninin icarəyə verdiyi kranları və buldozerləri də var.
Bizim.Media