Vergi Xidmətindən ƏDV ilə bağlı açıqlama

Vergi Xidmətindən ƏDV ilə bağlı açıqlama

Hazırda oxunan: Vergi Xidmətindən ƏDV ilə bağlı açıqlama

253774

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edilməməsi ilə bağlı müraciətlər daxil olur.

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a Dövlət Vergi Xidmətinin idarə rəisi Zaur Seyidov deyib.

O qeyd edib ki, həmin müraciətlərin araşdırılması zamanı aparılmış təhlillərə əsasən müəyyən edilib ki, satıcı tərəfindən vətəndaşlara kassa çekləri vətəndaşlara təqdim olunmur, onların özləri tərəfindən portala daxil edilir.
 

"Bu da haqlı olaraq istehlakçıların narazılığına səbəb olur. Bu kimi oxşar əməliyyatların qarşısını almaq məqsədilə araşdırma aparılır, vətəndaşların məlumatlandırılması həyata keçirilir. Zəruri hallarda həmin şəxslərlə görüş keçirilir və səbəblər izah olunur. Burada məqsəd ƏDV geri al məqsədləri üçün istehlakçının ailə üzvlərinə təqdim edilməməsindən getmir, bu istehlakçının şəxsi hüququdur.


Burada məsələ kassa çekinin vətəndaşlara təqdim edilməməsidir.

Yəni malların vətəndaşlara təqdim edilməsi zamanı birmənalı olaraq kassa çeki vətəndaşlara təqdim edilməlidir. Bundan sonra istehlakçı bu kassa çekindən faydalanmaq üzvlərinə, yaxınlarına təqdim edə bilər", - deyə Z.Seyidov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO